Drive logo

Diskin yaddaş funksiyalarını kəşf edin

Sizin fayllar, Sizin yol - Disk Özəllikləri

 

Yaddaş ehtiyatı Disk, Gmail və Google Foto ilə işləyir, ona görə də faylları və e-poçt qoşmalarını yadda saxlaya və fotoları birbaşa Diskdən yedəkləyə bilərsiniz. Həmçinin, daha böyük yaddaş ala bilərsiniz.

15 GB ödənişsiz Google Disk yaddaş ehtiyatı loqosu

Foto, video, təqdimat, PDF - hətta Microsoft Office faylları. Hansı növ fayl olmasının fərqi yoxdur, hər şey güvənlə Diskdə saxlana bilər.

Google Disk fayl növlərinə şəkillər, sənədlər və musiqi daxildir

Diskdəki faylları paylaşana kimi şəxsi hesab olunur. Seçdiyiniz istənilən fayla baxmaq, şərh yazmaq və düzəliş etmək üçün digər şəxsləri asanlıqla dəvət edə bilərsiniz. Bununla onlayn əməkdaşlıq asandır.

Google Disk məxfilik və paylaşma variantları

Faylınızın təhlükəsizliyi çox vacibdir. Cihazlarınıza nə olmasından asılı olmayaraq, Diskdəki hər bir fayl bu səbəbdən təhlükəsiz, güvənli şəraitdə saxlanılır. Disk, SSL vasitəsilə şifrələnir ki, bu da Gmail və digər Google xidmətlərini şifrələmək üçün işlənən güvənlik protokoludur.

Google Disk Güvənlik Kilidi

Google ilə işləmək üçün yaradılıb

 
Gmail foto qoşma diskdə bircə kliklə saxlanır

Gmail'dəki qoşma üzərinə kursoru yaxınlaşdırın və Disk loqosunu axtarın. Burada istənilən qoşmanı Diskdə saxlayaraq onları güvənli bir yerdə yerbəyer edə və paylaşa bilərsiniz.

Gmail foto qoşma diskdə bircə kliklə saxlanır

Disk skan olunmuş sənədlərdəki şəkil və mətni tanıyaraq sistemləşdirə bilər. Beləliklə, məsələn, "Eyfel Qülləsi" sözünü yazsanız, həm həmin söz yazılmış sənədləri, həm də Eyfel Qülləsinin təsviri olan şəkilləri tapa bilərsiniz.

Oregon sahil fotosu Google Diskdə saxlandı və Google+'da paylaşıldı

Fotolarınızı Diskdə saxlayın və onları Google foto üzərindən həyata gətirin. Heç bir güc sərf edilmədən animasiya, film və s. ilə birgə professional düzəlişli görünüş əldə edin.

Chromebook'da Google Disk Datası

Google Disk Chromebook daxilinə quraşdırıldığı üçün fayl və fotolarınız avtomatik yedəklənir. Yeni Chromebook ilə iki il müddətində 100GB pulsuz yaddaş alacaqsınız.

 

Tətbiqlər vasitəsilə daha məntiqli iş qurun

 

Yaradaraq başqaları ilə əməkdaşlıq edin. Sənəd, Cədvəl and Slayd apps tətbiqlərimizlə sənədləri və faylları paylaşın və tez zamanda təqdimatlar hazırlayın.

Google Disk Sənədləri, Cədvəlləri və Slaydları paylaşmaq üçün əlçatandır

Google Forma sadə onlayn forma ilə sorğu aparmaq və ya komanda siyahısı yaratmağa imkan verir. Sonra isə cədvəldə səliqəli şəkildə sistemləşdirilmiş cavablara nəzər sala bilərsiniz.

Google Disk nümunəsində Google Forma

Google Çertyoj ilə diaqram çəkin, sxem yaradın və onları asanlıqla başqa sənədlərə əlavə edin və ya veb saytlara daxil edin.

Google Çertyoj ikonası

Profil fotonu redaktə edin, xəyali xəritə yaradın və s. 100-dən çox Disk tətbiqi sizə bir çox imkanlar yaradır. Chrome veb Dükanında Disk kolleksiyasından birini yükləməyə çalışın.

100-dən çox Google Disk tətbiqi əlçatandır

Disk ilə daha irəli gedin

 
Android telefonu ilə çəkilmiş şəklin Diskdə saxlanması haqqında örnək

Android üçün Disk ilə bütün kağız sənədlərini skan edin. Resept, məktub və bəyannamə kimi sənədlərin sadəcə fotoşəklini çəkin və Disk onları ani olaraq PDF şəklində saxlayacaq.

Google Disk oflayn və ya onlayn variantları

Fayllarınızı oflayn olaraq əlçatımlı edin ki, telefonunuz, və ya planşetiniz xidmətdən kənar olan zaman (məsələn, təyyarədə və ya internet işləməyən hər hansı bir binada) onlara baxa biləsiniz.

Google Disk faylın nəzərdən keçirilməsi tarixçə nümunəsi

Çox fayl növləri üzərində son 30 gündə edilmiş redaktələri və redaktə etmiş şəxslərin siyahısını görə bilərsiniz. Bununla fayl versiyalarını əldə etmək daha asandır.